Fələstində ümumi seçkilər bir il ərzində keçiriləcək

17.05.2025

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Bir il ərzində Qəzza zolağı da daxil olmaqla Fələstin ərazilərində ümumi prezident və parlament seçkiləri keçiriləcək.

Bizimyol.info xəbər verir ki, bu barədə Ərəb Dövlətləri Liqasının (ƏDL) liderlərinin təşkilatın Bağdadda keçirilən 34-cü sammitinin yekunları üzrə dərc olunmuş bəyanatında deyilir.

“Xalq öz qanuni nümayəndələrini yalnız demokratik seçkilər yolu ilə seçə bilər. Buna görə də bir il ərzində bütün Fələstin ərazilərində, o cümlədən Qəzza zolağı, İordan çayının qərb sahili və Şərqi Qüdsdə ümumi prezident və parlament seçkiləri keçiriləcək. Bunun üçün lazımi şəraitin yaradılmasını xahiş edirik”, - deyə İraqın İNA xəbər agentliyinin yaydığı sənəddə deyilir. Ərəb Liqası liderləri həmçinin Qəzzanın Ramallahdakı (Qərbi Sahil) Fələstin Milli Administrasiyası tərəfindən idarə edilməli olduğunu vurğulayıblar.

Şənbə günü səhər saatlarında Ərəb Liqasının sammitinin açılışında çıxış edən Fələstin prezidenti Mahmud Abbas "Qəzza zolağı, İordan çayının qərb sahili və Qüdsdə müvafiq şərait yaradılan kimi, gələn il ərzində prezident və parlament seçkilərini keçirməyə" hazır olduğunu bəyan edib. O, həmçinin İordan çayının qərb sahilində “dövlət qurumları və təşkilatlarının islahatı çərçivəsində” bütün Fələstin qruplaşmalarını birləşdirmək üçün ümumi amnistiyanın hazırlandığını açıqlayıb.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью