​Fələstinlə həmrəylik üçün “Haaqa qrupu” quruldu

31.01.2025

Icma.az bildirir, Metbuat portalına istinadən.

Fələstinlə həmrəylik və İsrailə qarşı ortaq siyasət yürütmək üçün “Haaqa qrupu” qurulub.

Metbuat.az xəbər verir ki, qrupa Beliz, Boliviya, Kolumbiya, Kuba, Honduras, Malayziya, Namibiya, Seneqal və Cənubi Afrika dövlətləri daxildir. Hollandiyanın inzibati paytaxtı Haaqada keçirilən toplantıda bir araya gələn ölkə nümayəndələri birgə bəyanatla çıxış edərək, İsrailin Qəzzada törətdiyi hərəkətləri soyqırım kimi irəli sürüblər. Görüşdə iştirak edən Fələstinin Haaqa səfiri Əmmar Hicazi qrupun yaradılmasını alqışladıqlarını bildirib.

Haaqa Qrupu bütün ölkələri Fələstin xalqının öz müqəddəratını təyinetmə hüququnu dəstəkləməyə və İsrail işğalına son qoymaq üçün bütün mümkün addımları atmağa çağırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью