Icma.az, Operativ MM saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Fələstinə dəstək nümayişlərinə rəhbərlik etdiyi üçün İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) rəsmiləri tərəfindən saxlanılan Kolumbiya Universitetinin tələbəsi Mahmud Xəlil mart ayından bəri saxlandığı ICE təcridxanasından sərbəst buraxılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Mətbuat mənsublarına açıqlama verən Xəlil bildirib:
"Ədalət zəfər çaldı, amma gec idi. Bu, 3 ay çəkməməli idi".
Xəlil eyni yerdə saxlanılan 1000-dən çox adamı da xatırlayaraq, onların da haqsız yerə tutulduğunu bildirib.