Fələstinli qız Türkiyədə müalicə olunacaq

01.10.2026

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İsrailin Qəzzaya hücumları nəticəsində ombasına və onurğasına qəlpə yarası dəyən 6 yaşlı fələstinli Sila Əbu Kərim müalicə olunmaq üçün Türkiyəyə aparılıb.

“Yeni Sabah” xəbər verir ki, yerimə qabiliyyətini itirmək riski ilə üz-üzə qalan qızcığazın müalicəsi Adana Şəhər Xəstəxanasında davam etdirilir.

Türkiyə Səhiyyə Nazirliyinin nəzarəti altında balaca qızın onurğasındakı zədəni aradan qaldırmaq üçün yaxın saatlarda xüsusi əməliyyat olunacağı və ardından reabilitasiya prosesinə başlanılacağı bildirilib. pizza sifarişi

Nazim Hacıyev


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью