Fələstinlilər Netanyahunun əfv tələbinə dəhşətlə reaksiya verirlər

02.12.2025

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Onlar tam şokdadırlar – bu, onlar üçün dəhşətli yenilik və ağır fəlakətdir”.

Bizimyol.info xəbər verir ki, bunu Yaxın Şərq üzrə ekspert Yoni Ben-Menaxem 14-cü kanala verdiyi müsahibədə Baş nazir Benyamin Netanyahunun əfv istəməsi xəbərinə qarşısı ərəb dünyasının reaksiyasını şərh edərkən deyib.

Ben-Menaxem qeyd edib ki, bu mövzu hazırda Yaxın Şərq mediasının əsas xəbər başlıqlarından biridir. Onun sözlərinə görə, ərəb dünyasında bu haqda yayılan məlumatlar kifayət qədər geniş və ətraflıdır, ən böyük narahatlıq isə məhz fələstinlilər arasında müşahidə olunur.

Ekspertin fikrincə, fələstinlilər Netanyahuya özlərinin başlıca düşməni kimi baxır və onun baş nazirliyə daha bir müddət qayıdışını onlar üçün ciddi fəlakət hesab edirlər. Onlar əmindirlər ki, Netanyahuya əfv verilərsə, sağ qüvvələrin seçkilərdə qələbəsi demək olar ki, qaçılmaz olacaq.

Digər tərəfdən, Ben-Menaxem vurğulayıb ki, İsraillə münasibətləri normallaşdıran və bu prosesi dəstəkləyən mülayim ərəb ölkələrinin reaksiyası daha sakitdir. Çünki bu ölkələr imzalanmış normallaşma sazişlərinin icrasının davam etdirilməsində və İsraillə artıq qurulmuş əlaqələrin irəliləməsində maraqlıdırlar.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью