Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 2 fevral, AZƏRTAC
Fələstin vətəndaşlarından ibarət ilk qrup bazar ertəsi Misirdən Qəzzaya “Rəfah” sərhəd-keçid məntəqəsi vasitəsilə daxil olub.
AZƏRTAC Fələstinin WAFA informasiya agentliyinə istinadla xəbər verir ki, keçid rəsmi olaraq vətəndaşların, xüsusən humanitar yardım alanların, o cümlədən xəstə, yaralı və pasport sahibi şəxslərin hərəkəti üçün açılıb.
Qeyd edək ki, “Rəfah” sərhəd-keçid məntəqəsi iki il bağlı qalmışdı və ABŞ Prezidenti Donald Tramp tərəfindən dəstəklənən sülh planının əsas hissəsi olaraq yenidən açılıb.