Feliks: “Kaka kimi tarixə düşmək istəyirəm”

11.02.2025

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

Qış fasiləsində “Çelsi”dən “Milan”a icarə əsasında keçən Joao Feliks İtaliya mətbuatına müsahibə verib.

Futbolpress.az xəbər verir ki, “Tuttomercato”ya danışan portuqaliyalı hücumçu bunları deyib:

“Milan”a gələndən sonra klubun necə böyük olduğunu başa düşdüm. Kənardan da bilinirdi ki, böyük klubdur. Artıq burdayam və əminəm ki, Avropanın ən yaxşı klublarından birindəyəm.

Uşaq vaxtı sevdiyim oyunçulardan biri Kaka idi. O, həmişə mənimçün ideal olub. Özümü onunla müqayisə edə bilmərəm, ancaq Kaka kimi klubun tarixinə düşmək istəyirəm”.

Feliks “Milan”la 2 oyunda 2 qol vurub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью