Feliks namizədini açıqladı

27.09.2026

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun və Portuqaliya millisinin hücumçusu Joao Feliks 2025/26 mövsümünün yekunlarına əsasən “Qızıl top” mükafatına əsas namizədini bəyan edib.

Futbolpress.az xəbər verir ki, İspaniyanın AS nəşrinə müsahibə verən portuqaliyalı futbolçu keçmiş komanda yoldaşı, “Barselona” və İspaniya yığmasının 19 yaşlı vingeri Lamin Yamalın bu mükafata hamıdan çox layiq olduğunu bildirib:

“Mən həmişə o mövqedə olmuşam ki, “Qızıl top” izləyəndə “vau” dediyin futbolçuya verilməlidir. O, futbol tarixində həqiqətən xatırlanmağa layiq olan ulduzdur. Əgər televizoru Lamin üçün açırsan və gözünü ekrandan çəkə bilmirsən. Bəli, Kilian Mbappe və Harri Keyn əla mövsüm keçirdilər, lakin Lamin futbolun özüdür”.

2026-cı ilin “Qızıl top” mükafatlandırma mərasimi 26 oktyabrda Londonda təşkil olunacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью