Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Monako” yeni baş məşqçisini açıqlayıb.
Apasport.az xəbər verir ki, Fransa klubu Felipe Luisi komandanın sükanı arxasına gətirib.
40 yaşlı braziliyalı mütəxəssislə 2028-ci ilin iyununa qədər müqavilə imzalanıb.
O, "Flamenqo"nun baş məşqçisi kimi 2025-ci ildə tarixi uğura imza atıb. Luisin rəhbərliyi altında komanda 2024-cü ildə Braziliya Kubokunu, 2025-ci ildə Braziliya Superkubokunu, Karioqa Liqasını, Braziliya çempionatını və Libertadores Kubokunu qazanıb.
Qeyd edək ki, Felipe Luis “Flamenqo”nun əsas komandasında baş məşqçi kimi 99 oyuna çıxıb. Onun komandası bu görüşlərdə 62 qələbə qazanıb, 21 heç-heçə edib və 16 dəfə məğlub olub. Braziliyalı mütəxəssis 2025-ci ildə Cənubi Amerikanın ən yaxşı baş məşqçisi seçilib.
1/4 finalda növbəti matç: Norveç - İngiltərə Haland oyunun ən yaxşısı seçildi - Braziliyaya qarşı dubl Ançelotti: "Qələbəyə biz layiq idik" Neymar millidən getdi - Braziliya əfsanəsi karyerasını başa vurdu Meksika - İngiltərə oyunu təxirə salındı - Başlama vaxtı dəyişdi