Felipe Melo “Fənərbaxça” kapitanını təbrik edib

20.08.2025

Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Qalatasaray”ın sabiq futbolçusu Felipe Melo maraqlı addımı ilə diqqət çəkib.

Apasport.az xəbər verir ki, braziliyalı oyunçu bu mövsüm “Fənərbaxça”nın birinci kapitanı təyin edilən Mert Hakan Yandaşı doğum günü münasibətilə təbrik edib.

Melo türkiyəli futbolçunun keçmiş fotosunu paylaşaraq yazıb:

“Fənərbaxça"ya böyük hörmətim var. Tarix boyunca rəqabətimiz hər zaman davam edəcək. Böyük bir Felipe Melo fanatı olduğunu öyrəndiyim ‘Fənərbaxça’ kapitanını doğum günü münasibətilə təbrik edirəm”.

Mert Hakan Yandaş isə öz növbəsində rəsmi sosial media hesabında həmin paylaşımı şərh edərək, qısa şəkildə “Fanatıyıq” ifadəsini yazıb.

La Liqadan A Seriyasına - RƏSMİ Super Liqa təmsilçisində yeni təyinat - RƏSMİ Ronaldo “Əl-Nəsr”lə ilk kubokunu qazandı - YENİLƏNİB "Bayer" "Mançester Siti"nin futbolçusunu heyətinə qatır "Liverpul" Tsimikas ilə yollarını ayırır
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью