Felipe Melo illər sonra İstanbulda FOTO

10.12.2024

Metbuat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Qalatasaray"ın əfsanəvi futbolçusu Felipe Melo tədbirdə iştirak etmək üçün İstanbula gəlib.

Metbuat.az xəbər verir ki, braziliyalı futbolçu klubun futbolçulara həsr etdiyi tədbirində yer alacaq. 2011-2015-ci illər arasında "sarı-qırmızılı" formanı geyinən Meloya klub rəhbərliyinin xüsusi mükafat təqdim edəcəyi bildirilir.

Melo İstanbula həyat yoldaşı ilə birlikdə gəlib. İstanbulda çay və su börəyi alarkən çəkdiyi şəkli sosial media hesabında paylaşan futbolçu “çox gözəl” sözünü yazıb.

Qeyd edək ki, braziliyalı futbolçunun 16 dekabrda keçiriləcək "Qalatasaray"-"Trabzonspor" oyununu tribunadan izləyəcəyi gözlənilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью