Felipe Santos: “Bu, “Araz Naxçıvan” üçün tarixdir”

19.05.2025

Icma.az bildirir, Idman.biz portalına istinadən.

“Vacib görüş idi. Üçüncü yeri təmin etmək üçün 1 xal qazanmaq lazım idi. Yaxşı oynadıq. Matça çox ciddi köklənmişdik. Yekunda da qalib gəldik. Avropaya gedirik”.

İdman.biz xəbər verir ki, Futbolxeber.az-a açıqlamasında bu sözləri “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Felipe Santos Azərbaycan Premyer Liqasının 35-ci turunda “Şamaxı”ya 1:0 hesabı ilə qalib gəldikləri oyun barədə danışarkən deyib.

Səfər matçının 63-cü dəqiqəsində zədə səbəbindən meydanı tərk etməli olan braziliyalı futbolçu durumuna belə aydınlıq gətirib: “Zədəm ciddi deyil. Oyunu davam etdirsəydim, vəziyyət daha da pis ola bilərdi. Ona görə də əvəzlənməm məsləhət oldu. İnanıram ki, növbəti matça qədər hazır olacağam”.

O, “Araz-Naxçıvan”ın böyük uğura imza atdığını vurğulayıb: “Bu, klub üçün tarixdir. Komanda ilk dəfə avrokuboklara qatılacaq”.

Santos vurğulayıb ki, hazırda Konfrans Liqası barədə düşünmək üçün tezdkir: “Qarşıda hələ bir oyunumuz var. Mövsümün son matçında “Zirə”yə qalib gəlmək istəyirik. Yalnız ondan sonra avrokuboklar barədə düşünmək olar. Avropada uğur qazanmaq üçün heyətimiz güclənməlidir”.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью