sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Araz-Naxçıvan"ın futbolçusu Felipe Santos "Neftçi" ilə heç-heçə etdikləri Misli Premyer Liqasının VIII turunun oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.Sport24.az müsahibəni təqdim edir.
- Matç haqqında nə düşünürsünüz?- "Neftçi"yə qarşı matç həmişə çətin olur. Heyətlərində güclü futbolçular var. Çempionat uzun marafondur.
Bunu nəzərə alsaq, ağır "Neftçi" səfərindən bir xalı bizim üçün sərfəli hesab etmək olar.
- Rəqibin ikinci qolunda hakimin qərarına münasibətiniz necədir?- Hakimlər haqda danışmağı sevmirəm.
Epizoda tam baxmamış fikir bildirə bilmirəm. Amma ilk baxışdan ofsayd olduğu görünürdü. - Keçən mövsümə nisbətən daha az oynayırsan.
Səbəbi nədir?- Bəli, çünki Türkiyədə təlim-məşq toplanışı zamanı "Trabzonspor"a qarşı oyunda zədələnmişdim.
İndi özümü yaxşı hiss edirəm və komandaya kömək edə bilərəm.