Fellas, “Neftçi”, Abbasov

25.09.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

UEFA Millətlər Liqasının D2 qrupunda keçiriləcək Litva – Azərbaycan oyununun təyinatları açıqlanıb.

Futbolpress.az-ın məlumatına görə, görüşün dördüncü hakimi Konstantinos Fellas bu mövsüm “Neftçi”nin də oyununu idarə edib. O, Konfrans Liqasının II təsnifat mərhələsində Bakıda “Dinamo” (Belarus) ilə matçın baş hakimi olub. Görüş “Neftçi”nin 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

Referi daha əvvəl isə ötən ilin sentyabrında AÇ-nin seçmə mərhələsində Azərbaycanın U-21 yığmasının Portuqaliyadan olan həmyaşıdları ilə duelində iş başında olub. Həmin vaxt yığmaya hazırda əsas komandanı çalışdıran Ayxan Abbasov başçılıq edirdi. Fellasın idarə etdiyi Portuqaliya U21 – Azərbaycan U-21 matçı rəqibin böyük hesablı qələbəsiylə başa çatıb – 5:0.

Litva – Azərbaycan matçında baş hakim onun həmyerlisi Menelaos Antoniu olacaq. Ona yan xətt referiləri Pavlos Georgiu və Eraklis Komodromos kömək edəcəklər. VAR-da Marios Kristoforu və Dimitris Solomu olacaq.

Sentyabrın 27-də baş tutacaq oyuna saat 17:00-da start veriləcək.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью