Fəlsəfə və Sosiologiya İnstitutunda bu il iki elmi nəticə əldə olunub AZƏRTAC

29.12.2024

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 29 dekabr, AZƏRTAC

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutu tərəfindən bu il 4 problem, 15 mövzu, 135 iş (126 iş tamamlanıb) üzərində tədqiqat aparılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə AMEA-nın İctimai Elmlər Bölməsinin müəssisələrinin 2024-cü il üzrə illik hesabatlara həsr olunmuş iclasında müəssisənin direktoru fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə məlumat verib.

İlham Məmmədzadə institut əməkdaşlarının nəşriyyat fəaliyyətinin də qənaətbəxş olduğunu vurğulayıb. Cari ildə 474 elmi əsərin, 29 kitab və monoqrafiyanın (4-ü xaricdə), 439 məqalə və tezisin (88-i xaricdə),16 məqalənin impakt faktorlu jurnallarda dərc olunduğunu diqqətə çatdırıb. Alim bu il institutda 2 mühüm nəticənin - “Heydər Əliyevin böyük siyasət yolu” və “Gözəlliyin fəlsəfəsi” əldə edildiyini bildirib.

Hesabat ilində beynəlxalq əməkdaşlıq çərçivəsində mühüm uğurlar qazanıldığını deyən alim xarici ölkələrin bir çox elmi mərkəzi ilə bağlanılan müqavilə və memorandumlara əsasən, öz işlərini davam etdirdiklərini bildirib. Elmmetrik bazalarda institut əməkdaşlarının fəaliyyətinin daha da gücləndirildiyini vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью