“Fənər” III təsnifatda bu komanda ilə qarşılaşacaq

30.07.2026

Icma.az bildirir, Apasport saytına əsaslanaraq.

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Türkiyənin “Fənərbaxça” klubu səfərdə Polşanın “Qornik Zabrze” ilə üz-üzə gəlib.

Apasport.az xəbər verir ki, gərgin mübarizə şəraitində keçən qarşılaşmada qalib müəyyənləşməyib – 1:1.

İlk oyunda minimal hesablı qələbə qazanan İstanbul təmsilçisi cütün qalibi olaraq növbəti mərhələyə vəsiqə qazanıb. “Sarı-lacivərdlilər” UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Avstriyanın “Şturm Qrats” klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, III təsnifat mərhələsinin ilk oyunları avqustun 4-5-də, cavab görüşləri isə avqustun 11-də keçiriləcək.

Eberl transfer planını açıqladı – "Bavariya"da ayrılıqlar olacaq “Çelsi” Teo Hernandez üçün hərəkətə keçdi “Qarabağ”ın sabiq qapıçısı “Göztəpə”də – Rəsmi “Qaziantep”in transfer qadağası ləğv edildi Salaha Avropadan ən yaxşı təklifi “Beşiktaş” edib – Qərar gözlənilir
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью