Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq. Bu transfer dönəmini çox fəal keçirən ''Fənərbaxça'' Nqolo Kantenin transferini heç c
Baxmayaraq ki, İstanbul nəhənginin rəsmiləri iki dəfə Səudiyyə Ərəbistanına yollanıblar.
Ünlü futbolçunun özü ilə isə çoxdan prinsipial razılıq əldə olunub.
Problem yaradan əsas məqam odu ki, ''Əl-İttihad'' bu satışdan ciddi məbləğ qazanmaq istəyir.
''Fənər'' isə öz klubu ilə cəmi 5 ay müqaviləsi qalan futbolçuya görə böyük pullar ödəmək istəmir. Vaxt isə gedir.
34 yaşlı futbolçuya maraq göstərən digər klublar da tədricən fəallaşır.
İki premyer-liqa təmsilçisi - ''Vest Hem'' və ''Everton'' 34 yaşlı fransalı futbolçuya ciddi maraq göstərir.
Önümüzdəki günlərdə transfer yarışı daha da qızışacaq. Çünki Fransa klublarının da Kanteyə marağı artır.