Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Superliqada 16-cı həftəni də məğlubiyyətsiz tamamlamasına baxmayaraq lider olmayan və zirvədən 3 xal geri qalan ''Fənərbaxça'' qış transfer dönəmində hücumu gücləndirmək istəyir.
"Football-plus.az" xəbər verir ki, ümidləri doğrultmayan Yussef Ən-Nəsiri ilə yollar ayrıla bilər.
Bu arada İstanbul nəhəngi ilə bağlı maraqlı bir iddia ortaya atılıb. ''Bəyaz TV'' kanalının iddiasına görə Vedat Muriqi yenidən karyerasını Türkiyədə davam etdirə bilər. O, meneceri vasitəsilə ''Fənər''ə xəbər yollayaraq ''mən gəlməyə hazıram, amma öncə klubumla anlaşın, klubum 25 milyon avro tələb edir'' deyib.
2022-ci ildən ''Malyorka''nın şərəfini qoruyan təcrübəli kosovolu forvard bu mövsüm La Liqada 15 oyuna 9 qol vurub. 31 yaşlı futbolçu Türkiyə futboluna gözəl bələddi.
O, karyerasının əvvəllərini bu ölkədə keçirib. ''Girəsunspor'', ''Gənclərbirliyi'' və ''Çaykur Rizəspor''un ardından bir mövsüm (2019/20) ''Fənərbaxça''da da top qovub. 5,6 milyon avroya transfer olunduğu ''Fənər''də 36 rəsmi oyunda 17 qol, 7 məhsuldar ötürməlik performans sərgiləyən Muriqi 2020-nin yayında 21 milyon avroya ''Latsio''ya satılmışdı. Amma burda ümidləri doğrulda bilmədikdən sonra 8 milyon avroya ''Malyorka''ya yollanmışdı.