Fənər istəyirdi Yuventus aldı

04.07.2025

Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İtaliya A Seriyası təmsilçilərindən "Yuventus" heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, "qoca sinyora" son olaraq "Lill" klubunda çıxış edən Conatan Deyvidi transfer edib.

Bu barədə Turin klubunun mətbuat xidməti məlumat yayıb.

25 yaşlı hücumçu artıq İtaliyadadır. Rəsmi müqavilənin yaxın zamanda imzalanacağı gözlənilir.

Xatırladaq ki, Kanada millisinin üzvü ilə "Fənərbaxça" da yaxından maraqlanırdı.

Qeyd edək ki, Deyvid 2020-ci ildən "Lill"də çıxış edir. O, bu müddət ərzində 232 oyuna çıxıb, 109 qol vurub və 30 məhsuldar ötürmə ilə yadda qalıb.

Türkiyəli futbolçu İtaliya yolunda - "ROMA" ONU İSTƏYİR Terimin əvəzinə ispaniyalı məşqçi Alman ruhu, macar göz yaşları: "Bern möcüzəsi" "Fluminense" - "Əl-Hilal" bu kanalda yayımlanacaq Qittens rəsmən "Çelsi"də
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью