Fənər qışın 4 cü keçidini bitirmək üzrədi

31.01.2026

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

''Fənərbaxça'' Entoni Musaba, Matteo Genduzi və Mərt Günokun ardından qış transfer dönəminin 4-cü keçidini rəsmiləşdirmək üzrədi.

"Football-plus.az" xəbər verir ki, italiyalı insayder Fabritsio Romanonun məlumatına görə ''Fənər'' Sidiki Şerifin icarəsi ilə bağlı Fransa təmsilçisi ''Anje'' ilə anlaşma əldə edib.
Romanonun iddiasına görə İstanbul nəhəngi 5 aylıq icarə üçün 4 milyon avro ödəyəcək! Müqavilədə 3 milyon avroluq bonus maddəsi də mövcuddu. ''Fənər'' bu futbolçunu yayda daimi əsasda transfer etmək istəsə, daha 18 milyon avro ödəməli olacaq.
İddialara inansaq, premyer-liqa klublarından da təklif alan Şerif üstünlüyü ''Fənərbaxça''ya verib. Keçidin qısa müddət ərzində rəsmən açıqlanacağı gözlənilir.
Qvineyada doğulan 19 yaşlı Şerif həm vinger, həm də mərkəz hücumçusu kimi oynamağı bacarır. ''Anje''nin öz yetirməsi olan bu futbolçu 2023-cü ildən əsas komandaya cəlb edilib. Yəni o, peşəkar karyerasında ilk dəfə Fransadan kənarda oynayacaq. Bu mövsüm Şerif Liqa-1-də iştirak etdiyi 19 oyuna 4 qol vurub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью