Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.
Yussef Ən-Nəsirini ''Əl-İttihad''a göndərən, Con Duranı da ''Zenit''ə göndərmək üzrə olan ''Fənərbaxça'' təcili hücumçu axtarışına başlayıb.
"Football-plus.az" xəbər verir ki, İstanbul nəhəngi Darvin Nunyesə rəsmi təklif irəli sürüb.
Son illərdə ''Liverpul''dakı çıxışı ilə populyarlıq qazanmış uruqvaylı hücumçu bu mövsümün əvvəlində 53 milyon avroya ''Əl-Hilal''a transfer olunmuşdu. Kantenin transferi ilə bağlı onsuz da Səudiyyə Ərəbistanında olan ''Fənər'' rəsmiləri fürsətdən istifadə edərək Nunyesə görə də təklif irəli sürüblər.
''Sarı-lacivərdlilər'' bu oyunçunu mövsümün sonuna qədər icarəyə götürmək istəyirlər. Maddi detallar barədə məlumat olmasa da, Türkiyə mətbuatının yazdığına inansaq, təklif ''Əl-Hilal''ı qane edib. İndi hər iki tərəf Darvin Nunyesin qərarını gözləyir. 26 yaşlı tanınmış futbolçu bu mövsüm Səudiyyə Ərəbistanı nəhəngində 15 rəsmi oyunda aktivinə 7 qol, 4 məhsuldar ötürmə yazıb.
Son dönəmlərdə ''Fənər'' Səudiyyə Ərəbistanından diqqətçəkən transferlər həyata keçirib. Yenicə Nqolo Kantenin transferini bitirən ''Fənər'' Anderson Talişka və Con Duranı da bu ölkədən transfer etmişdi.