Apasport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Türkiyə Super Liqası təmsilçilərindən “Fənərbaxça” sponsoru ilə müqaviləyə xitam verib.
Apasport.az xəbər verir ki, “sarı-lacivərdlilər” adı çirkli pulların yuyulması və qumar halları ilə əlaqələndirilən “Papara” şirkəti ilə əməkdaşlığa son qoyub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, daha əvvəl İstanbul Baş Prokurorluğunun apardığı istintaq zamanı “Papara” platformasının qeyri-qanuni mərc pullarının dövriyyəsində vasitəçilik etdiyi müəyyən edilmişdi.
Qeyd edək ki, “Papara” hazırda Super Liqa təmsilçilərindən “Trabzonspor”un sponsorudur.
Vlahoviç karyerasını İspaniyada davam etdirə bilər “Liverpul” Virtzə illik 22 milyon ödəyəcək “Liverpul” macar müdafiəçi ilə anlaşıb "Qalatasaray" Osimhendən əl çəkmir “Yuventus”un idman direktoru istefa verib