“Fənər” ulduz futbolçu ilə maraqlanır İdmanXəbər

26.12.2024

Idmanxeber.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Fənərbağça” heyətini yeni futbolçu ilə gücləndirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu “Mançester Siti”dən Kevin De Bruyne ilə maraqlanır. Rəhbərlik futbolçu üçün qarşı tərəflə təmasa keçib.

Amerikadan da təklifləri olan belçikalı gələcək karyerası barədə hələ qərar verməyib. Onun “şəhərlilər”lə müqaviləsi 2026-cı ildə başa çatır.

De Bruyne cari mövsümdə İngiltərə Premyer Liqasında 10 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью