“Fənər” “Yuventus”un forvardı ilə maraqlanır

19.06.2025

Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyə Super Liqası təmsilçilərindən “Fənərbaxça”nın yeni transfer hədəfi müəyyənləşib.

Apasport.az xəbər verir ki, "sarı-lacivərdlilər" “Yuventus”un hücumçusu Arkadiuş Miliklə maraqlanır.

Bu barədə yerli mətbuat məlumat yayıb.

İddialara görə, “Fənərbaxça” polşalı forvardla danışıqlar aparır.

Onun “qoca sinyora” ilə müqaviləsi 2027-ci ildə başa çatacaq.

Qeyd edək ki, 31 yaşlı hücumçu "Yuventus"a 2023-cü ildə "Marsel"dən 7,3 milyon avroya transfer olub.

Polşa millisinin üzvü bu mövsüm zədə səbəbindən heç bir rəsmi matçda iştirak edə bilməyib.

DÇ-2025-də stadionlar boş qalıb: ABŞ-də futbola maraq yoxdur Şeşko uğrunda mübarizə: "Arsenal" 1 addım öndə “Milan”, “Napoli” və “Roma” eyni forvardla maraqlanır Fransanın əfsanəvi forvardı vəfat edib Bernardo Silva qərarını verdi: "Qalatasaray"ın təklifinə cavab
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью