“Fənərbağça” 2 ulduzu birdən ALIR

19.07.2025

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yeni mövsümdə çempionluğu hədəfləyən "Fənərbağça" transferlərə davam edir.

xəbər verir ki, "sarı-lacıvərdlilər" PSJ-nin 2 futbolçusunu birdən heyətinə qatmağa hazırlaşır. Bu oyunçular Milan Şkrinyar və Marko Asensiodur.

Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

"Fənərbağça" hər iki futbolçu ilə şəxsi məsələlərdə razılığa gəlib, PSJ ilə son danışıqlar gedir.

Şkrinyar İstanbul klubunda bonuslarla birlikdə 7.5 milyon avro qazanacaq. Asensionun məvacibi isə 11+1 milyon avro olacaq. O, bonusu "Fənərbağça" Türkiyə çempionu olacağı təqdirdə qazanacaq.

Türkiyə nəhənginin baş məşqçisi Joze Mourinyo özəlliklə slovakiyalı müdafiəçini yenidən komandasında görməyi çox istəyirdi. /Offsideplus.az

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью