Fənərbağça 45 milyonluq hücumçu alır FOTO

01.05.2025

Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İstanbul nəhəngi "Fənərbağça" səs-küylü trasferə hazırlaşır.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, rəhbərlik ulduz hücumçu Duşan Vlahoviçi heyətinə qatmaq istəyir. Artıq futbolçunun klubu Yuventus" rəsmiləri ilə danışıqlar davam edir. 

İlkin nəticə müsbət olmasa da, "Fənərbağça" israrında davam edir.

"Fənər" futbolçu üçün 30 milyon avrosundan keçməyə hazırdır. Transferdə əngəl isə "Yuventus"un oyunçusunu daha artıq qiymətə satmaq istəməsidir.

Qeyd edək ki, Vlahoviçin transfer bazarında dəyəri 45 milyon avro olaraq qiymətləndirilir.

O, bu mövsüm meydana çıxdığı 38 oyunda 14 qol, 5 məhsuldar ötürmə edə bilib.

Tural
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью