“Fənərbağça” 7 futbolçusu ilə vidalaşacaq AZƏRTAC

27.12.2024

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı,27 dekabr, AZƏRTAC

Türkiyənin “Fənərbağça” komandası 7 futbolçusu ilə yollarını ayıracaq.

AZƏRTAC xəbər verir ki, İstanbul klubu qış transfer dövründə Sərdar Aziz, Samet Akaydın, Levent Mercan, Cengiz Ündər, Bartuğ Elmaz, Burak Kapacak və Allan Sen-Maksimen ilə vidalaşacaq. Komanda əvəzində 4 yeni oyunçu heyətinə cəlb edəcək.

“Fənərbağça” daha əvvəl İrfan Can Kahvəci ilə müqavilə müddətinin uzadılması barədə razılığa gəlib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью