Fənərbağça Alkmarla bacarmadı

08.11.2024

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Avropa Liqasının Liqa mərhələsinin IV turunun "AZ Alkmar" - "Fənərbağça" oyunu başa çatıb.

Oxu.Az xəbər verir ki, meydan sahiblərindən Ro-Zancelo Daal, Kes Smit və Denso Kasius hərəyə bir qol vurublar. Türkiyə klubunun heyətində Yusif Ən Nəsiri fərqlənib. Mərakeşli 62-ci dəqiqədə penaltini də qaçırıb - 3:1.

"Fənərbağça" yeni turnir formatında ilk məğlubiyyətini qazanıb. Klub bu günə kimi "Union"a qalib gəlib (2:1), "Mançester Yunayted" (1:1) və "Tvente" ilə heç-heçə edib (1:1).

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью