Fənərbağça Almaniya klubunu məğlub edib | Icma.az
Icma.az, Operativ MM portalına istinadən məlumatı açıqlayır. Türkiyənin "Fənərbağça" klubu UEFA Avropa Liqasında növbəti oyununu keçirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, İstanbul təmsilçisi Liqa mərhələsinin III turunda Almaniyanın “Ştutqart” komandasını qəbul edib.
Qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 34-cü dəqiqədə penaltidən Kərəm Aktürkoğlu vurub.
Bu qələbədən sonra xallarını 6-ya çatdıran "Fənərbağça" 11-ci pilləyə yüksəlib. "Ştutqart" isə 3 xalla 25-ci sırada qərarlaşıb.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu