Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Türkiyə nəhəngi "Fənərbağça"nın Leandro Trössard üçün "Arsenal"a ödəyəcəyi məbləğ müəyyənləşib.
Fanat.Az xəbər verir ki, klub bonuslarla birgə "topçular"a 20 milyon avro ödəyəcək.
Bu barədə məlumatı "The Sun" yayıb.
Xəbərdə bildirilir ki, İngiltərədə ilinə 5,5 milyon avro alan belçikalı "sarı-göylər"in heyətində hər mövsüm üçün 7,5 milyon avro qazanacaq.
Qeyd edək ki, Joze Mourinyunun rəhbərliyi altında oynamaq istəyən hücumçu "Arsenal"ın yeni müqavilə təklifini rədd etmişdi.
Kamil Xudiyev
Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol