“Fənərbağça” “Bavariya”nın futbolçusunu istəyir

17.10.2025

Idmanxeber.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Fənərbağça”nın baş məşqçisi Domeniko Tedesko “Bavariya”nın yarımmüdafiəçisi Leon Qoretskanı heyətinə cəlb etmək istəyir.

İdmanxeber.az xəbər verir ki, Tedesko qış transfer pəncərəsində orta xətti gücləndirmək üçün təcrübəli alman futbolçunun transferini planlaşdırır.

Tərəflər daha əvvəl “Şalke 04”də birgə çalışıblar və həmin dövrdə Qoretska komandanın aparıcı oyunçularından biri olub.

Hazırda “Bayern”də əsas heyətdə yerini itirən Qoretskanın gələcəyi qeyri-müəyyəndir. Tedeskonun onu yeni layihəsində lider kimi görmək istədiyi bildirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью