Fənərbağça Benfika ilə oyun üçün iştirak ərizəsini UEFA ya göndərib

26.08.2025

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Fənərbağça" UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşündə səfərdə "Benfika" ilə qarşılaşacaq.

Oxu.Az xəbər verir ki, "sarı-lacivərdlər" bu matç üçün nəzərdə tutulan iştirak ərizəsini UEFA-ya göndərib.

Siyahıya üçü qapıçı olmaqla ümumilikdə 24 futbolçunun adı daxil edilib.

Qapıçılar: İrfan Can Eğribayat, Dominik Livakoviç, Tarık Çetin;

Müdafiəçilər: Mert Müldür, Nelson Semedo, Milan Şkriniar, Çağlar Söyüncü, Aleksandr Ciku, Yusuf Akçiçek, Yiğit Efe Demir, Ceydon Ostervolde, Arçi Broun;

Yarımmüdafiəçilər: Levent Mercan, İsmail Yüksek, Sofyan Amrabat, Bartuğ Elmaz, İrfan Can Kahveci, Fred Rodriqez, Sebastian Şimanski, Cengiz Ünder, Oğuz Aydın;

Hücumçular: Anderson Talişka, Yusif En-Nesri, Con Duran.

Qeyd edək ki, "Benfika" - "Fənərbağça" oyunu sabah saat 23:00-da, Portuqaliyada keçiriləcək. Xatırladaq ki, ilk oyun qolsuz bərabərliklə başa çatıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью