Fənərbağça Beşiktaş derbisinə hazırlaşır 11lik müəyyənləşib

05.12.2024

Mia.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Fənərbağça" komandası Türkiyə Super Liqasının 15-ci turunda "Beşiktaş"la səfərdə oynayacaqları derbiyə hazırlaşır.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, artıq Baş məşqçi Joze Mourinyo derbidə oynayacaq 11-liyi böyük ölçüdə müəyyənləşdirib.

Məlumata görə, o, qapını həmişə kimi,  Dominik Livakoviçə həvalə edəcək: "Müdafiənin sağında Osayi Samuel, solda isə Filip Kostiç çıxış edəcək. Mərkəz müdafiədə isə Aleksander Djiku və Rodrigo Becaoya forma verilıcək. Yarımmüdafiədə isə Sofyan Amrabat, Fred və Sebastian Szymanski üçlüyü tər tökəcək. Hücumun sağında Duşan Tadiç, solda isə Allan Sen-Maksimin şansı olacaq. Forvardda Edin Dzekonun oynayacağı gözlənilir".

Fərid Aslan

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью