Icma.az, Fanat saytına istinadən bildirir.
“Fənərbağça” qış transfer pəncərəsində müdafiə xəttini gücləndirmək üçün böyük addım atmağa hazırlaşır.
Fanat.Az xəbər verir ki, ESPN Braziliyanın məlumatına görə, “sarı-lacivərdlilər” rəqib klub “Beşiktaş”ın braziliyalı müdafiəçisi Qabriel Paulistanı heyətinə qatmaq istəyir.
Xəbərə əsasən "Fənərbağça" rəhbərliyi artıq futbolçunun nümayəndələri ilə ilkin təmas qurub və transferin yanvar ayında reallaşması gözlənilir.
Qabriel Paulista bu mövsüm “Beşiktaş”da etibarlı çıxışı və liderlik xüsusiyyətləri ilə ön plana çıxıb. “Fənərbağça” isə təcrübəli müdafiəçinin əlavə olunması ilə müdafiə xəttindəki rotasiyanı gücləndirməyi planlaşdırır.
Kamil Xudiyev