Fənərbağça braziliyalı müdafiəçi aldı

17.01.2025

Icma.az, Teleqraf.com saytına istinadən bildirir.

Türkiyənin "Fənərbağça" klubu İngiltərə təmsilçisi "Aston Villa"da çıxış edən braziliyalı Dieqo Karlosla anlaşıb.

Teleqraf.com xəbər verir ki, bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

31 yaşlı müdafiəçinin keçidi üçün tərəflər razılığa gəliblər.

Qeyd edək ki, Dieqo Karlos 2022-ci ildən "Aston Villa" klubunun şərəfini qoruyur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью