“Fənərbağça” braziliyalı müdafiəçi ilə müqavilə imzalayıb AZƏRTAC

23.01.2025

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 23 yanvar, AZƏRTAC

Türkiyənin “Fənərbağça” komandası heyətini yeni futbolçu ilə gücləndirib.

AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi braziliyalı Dieqo Karlosu transfer edib.

31 yaşlı müdafiəçi ilə 3,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Dieqo Karlos son olaraq İngiltərənin “Aston Villa” klubunda çıxıb edib. O, bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində 17 oyunda meydana çıxıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью