“Fənərbağça bu dünya ulduzunu heyətinə qatacaq

28.05.2025

Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Yay transfer pəncərəsinə iddialı hazırlaşan "Fənərbağça" heyətinə ən azı 4 super ulduz futbolçu əlavə etməyi planlaşdırır.

Milli.az xəbər verir ki İstanbul klubunun prioritet hədəfi isə İngiltərənin "Mançester Siti" komandasında çıxış edən Cek Qrilişdir. Klubun idman direktoru Mario Branco İngiltərəyə səfər edərək, həm "Mançester Siti" rəhbərliyi, həm də 28 yaşlı futbolçunun meneceri ilə birbaşa görüşlər keçirməyi nəzərdə tutur.

Bu mövsüm "Siti"də gözlənilən performansı göstərə bilməyən Qrilişin mövsüm sonunda komandadan ayrılacağı ilə bağlı xəbərlər səngimək bilmir.

"Fənərbağça" isə bu fürsətdən yararlanmağa çalışır.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью