Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Fənərbağça” İngiltərənin “Sanderlend” klubunda çıxış edən mərakeşli futbolçu Çemziddin Talbini transfer etmək istəyir.
Fanat.Az xəbər verir ki, informasiyanı “Fotomaç”yayıb.
Məlumata görə, İstanbul təmsilçisi 21 yaşlı vingeri qış transfer pəncərəsi üçün əsas hədəflərindən biri kimi müəyyənləşdirib.
Talbi əsasən sağ cinahda çıxış edir. O, sol cinahda və hücumameyilli yarımmüdafiəçi mövqeyində də oynaya bilir.
“Fənərbağça”nın baş məşqçisi İsmail Kartalın hücum xəttinə sürətli və texnikalı futbolçu əlavə etmək istədiyi bildirilir. Talbinin sürəti və fərdi mübarizələrdəki bacarığının İstanbul klubunun diqqətini çəkdiyi qeyd olunur.
Çemziddin Talbi 2025-ci ildə “Brügge”dən “Sanderlend”ə keçib. Onun İngiltərə klubu ilə müqaviləsi 2030-cu ilin iyununa qədər qüvvədədir. Bu səbəbdən “Fənərbağça”nın mümkün transfer üçün ciddi məbləğ ödəməli olacağı gözlənilir.
Əlisahib İbrahimli