“Fənərbağça” Cengiz Ündərin ABŞ klubuna icarəyə verildiyini açıqlayıb

20.02.2025

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 20 fevral, AZƏRTAC

Türkiyə millisinin və “Fənərbağça”nın futbolçusu Cengiz Ündər karyerasını ABŞ-da davam etdirəcək.

AZƏRTAC İstanbul klubunun rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi “Los-Anceles” klubu ilə anlaşıb.

Təcrübəli oyunçu MLS təmsilçisi ilə bu ilin iyun ayınadək icarə müqaviləsi imzalayacaq. Futbolçu transfer danışıqlarını yekunlaşdırmaq üçün ABŞ-a yollanıb.

Qeyd edək ki, Cengiz Ündər “Fənərbağça”ya 2023-cü ilin avqust ayında Fransanın “Marsel” klubundan keçib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью