Fənərbağça dan Markus Reşford üçün sürpriz həmlə

03.08.2026

Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Fənərbağça” İngiltərə millisinin hücumçusu Markus Reşfordu transfer etmək istəyir.

Fanat.Az “The Sun” nəşrinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi 27 yaşlı futbolçunun transferi üçün ciddi maliyyə vəsaiti ayırmağa hazırdır. Bildirilir ki, klub rəhbərliyi artıq Reşfordun nümayəndələri ilə ilkin təmas da qurub.

Mənbənin iddiasına əsasən, “Fənərbağça”nın transfer siyahısında “Milan”ın portuqaliyalı vingeri Rafael Leao və “Kristal Pelas”ın seneqallı hücumçusu İsmaila Sarr da yer alır.

Qeyd edək ki, Markus Reşford ötən mövsüm bütün turnirlərdə keçirdiyi 49 oyunda 14 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью