Icma.az bildirir, futbolpress-az portalına istinadən.
“Fənərbağça” ciddi itkilərlə üzləşib.
Futbolpress.az xəbər verir ki, İstanbul təmsilçisinin müdafiəçisi Natan Ake və yarımmüdafiəçi Marko Asensio sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ake 3 həftə, Asensio isə 3 ay yaşıl meydanlardan uzaq qalacaq.
“Fənərbağça” Türkiyə Super Liqasının IX turunda “Qalatasaray”la üz-üzə gələcək. Oktyabrın 26-da baş tutacaq derbiyə saat 22:30-da start veriləcək.