Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.
“Fənərbağça” Türkiyə Super Liqasının IV turunda “Beşiktaş”a qarşı keçirəcəyi prinsipial qarşılaşma üçün məşqlərini sürətləndirib.
Futbolpress.az xəbər verir ki, Kadıköydə baş tutacaq derbi öncəsi İstanbul təmsilçisi növbəti hazırlıq prosesini Can Bartu Təlim Mərkəzində həyata keçirib.
Baş məşqçi İsmail Kartalın idarəçiliyi altında keçirilən məşq prosesi isinmə və çeviklik hərəkətləri ilə start götürüb. Daha sonra futbolçular “5-in 2-yə” formatında topalma, eləcə də dar sahədə pas tapşırıqlarını icra ediblər. Günün hazırlığı taktiki və fərdi çalışmalarla başa çatıb.
Komandanın heyətində sevindirici məqam isə zədəsini sağaldan Marko Asensiodur; təcrübəli yarımmüdafiəçi artıq meydançada fərdi məşqlərə qatılıb.
“Fənərbağça” – “Beşiktaş” derbisi sentyabrın 5-də Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.