Fənərbağça doğma meydanda məğlub olub Avropa Liqası

12.12.2024

Icma.az, Manset portalına istinadən məlumatı açıqlayır.

UEFA Avropa Liqasının Liqa mərhələsində Türkiyə təmsilçisi "Fənərbağça" İspaniyanın "Atletik" klubuna (Bilbao) məğlub olub.

Manset.az xəbər verir ki, "sarı-lacıvərdlilər" VI turun oyununda 0:2 hesabı ilə uduzub.

"Ülkər" stadionunda baş tutan matçda qonaqların heyətində İnyaki Uilyams (5, 45+1) dubl edib.

Qeyd edək ki, Liqa mərhələsində VI turun qalan görüşləri sabah keçiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью