Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyənin "Fənərbağça" klubu ulduz futbolçu Nqolo Kantenin transferini rəsmiləşdirib.
Milli.Az xəbər verir ki, keçid FIFA-nın xüsusi icazəsi ilə mümkün olub. Belə ki, ötən gün "Əl-İttihad" klubu tələb olunan sənədləri sistemə vaxtında daxil etmədiyi üçün transfer baş tutmamışdı. Lakin yaranan problem gecə saatlarında aradan qaldırılıb və keçid reallaşıb.
Məlumata görə, Fransa millisinin yarımmüdafiəçisi 35 yaşlı Nqolo Kante ilə "Fənərbağça" arasında 2028-ci ilin yayına qədər qüvvədə olacaq müqavilə imzalanacaq.
Musa
Milli.Az