Fənərbağça dünya ulduzunu heyətinə qatdı RƏSMİ

15.07.2026

Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Fənərbağça" hücum xəttini ulduz futbolçu ilə gücləndirib.

Fanat.Az xəbər verir ki, İstanbul təmsilçisi "Marsel"in 24 yaşlı ingilis hücumçusu Meyson Qrinvudun transferini rəsmən açıqlayıb.

Türkiyə nəhənginin bu transfer üçün Fransa klubuna 39 milyon avro təzminat ödəyəcəyi bildirilir.

Peşəkar karyerasına "Mançester Yunayted"də başlayan Qrinvud, İngiltərə klubunda meydana çıxdığı 129 rəsmi oyunda 35 qol vurub. 2023-24 mövsümünü icarə əsasında İspaniyanın "Xetafe" klubunda keçirən forvard, daha sonra "Marsel"ə transfer olunub. O, Fransa təmsilçisinin heyətində son mövsümdə keçirdiyi 46 oyunda 26 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью