Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.
“Mançester Siti”nin qapıçısı Ederson karyerasını Türkiyədə davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Fənərbağça” braziliyalı qolkiperin xidmətində maraqlıdır. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
“Fənərbağça” Edersonun transferi üçün danışıqlara başlayıb.
32 yaşlı qapıçının “Mançester Siti” ilə müqaviləsi 2026-cı ilin yayına kimidir. O, bu mövsüm oyuna çıxmayıb.