Fənərbağça əzəli rəqibi Qalatasaray ın maraqlandığı daha bir ulduzu transfer edə bilər

23.01.2025

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

"Fənərbağça" əzəli rəqibi olan "Qalatasaray"ın transfer etmək istədiyi Marko Asensionun keçidi üçün PSJ klubu ilə danışıqlara başlayıb.

Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, "sarı-lacivərt"lilər ulduz futbolçunun keçidini bu həftəsonuna kimi həll etmək niyyətindədirlər.

Futbolçu ilə ilkin danışıqlar yekunlaşsa da, razılıq əldə olunmayıb.

Qeyd edək ki, Marko Asensio bu mövsüm PSJ forması ilə 15 oyunda meydana çıxıb, iki qol vurub, dörd məhsuldar ötürmə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью