“Fənərbağça” futbolçusunu İngiltərə klubuna icarəyə verib

23.01.2025

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Türkiyənin “Fənərbağça” komandasının futbolçusu Linkoln Henrike İngiltərənin “Hall Siti” klubuna keçib.

AZƏRTAC xəbər verir ki, bu barədə Çempionşip təmsilçisinin rəsmi saytı məlumat yayıb. 26 yaşlı yarımmüdafiəçi ilə bu mövsümün sonunadək müqavilə imzalanıb.

Braziliyalı futbolçu 2022-ci ilin yayından İstanbul nəhənginin formasını geyinirdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью