Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Transfer dönəminin ən aktiv klublarından biri olan "Fənərbağça", heyətini gücləndirmək üçün axtarışlarını davam etdirir.
Fanat.Az xəbər verir ki, Fransanın Liqa 1 təmsilçisi "Reyms" klubunun hücumçusu Mamadu Diakonun adı "sarı-lacivərdli" klubla hallanmağa başlayıb.
Bu barədə məlumatı türkiyəli jurnalist Salim Manav yayıb. Məlumata görə, 2005-ci il təvəllüdlü futbolçu Fenerbahçəyə təklif olunub.
Klubun texniki heyəti və skaut komandası hazırda bu gənc istedadı dəyərləndirir.
Qeyd edək ki, "Fənərbağça" transfer siyasətində son illər Avropa bazarında gənc və dinamik futbolçulara üstünlük verir.
Kamil Xudiyev Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.