Fənərbağça Hakan Çalhanoğlunu transfer etmək üçün hərəkətə keçib

19.07.2025

Azxeber.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyənin "Fənərbağça" klubu İtaliya təmsilçisi "İnter"in yarımmüdafiəçisi Hakan Çalhanoğlu ilə görüşlmələrə başlayıb.

"Sarı-lacıvərdlilər"in prezidenti Əli Koç transferi həyata keçirmək üçün böyük səy göstərir.

Digər Superliqa kollektivi "Qalatasaray"ın da transfer siyahısında yer alan 31 yaşlı yarımmüdafiəçinin hansı seçimi edəcəyi maraq doğurur.

Qeyd edək ki, Türkiyə millisinin də formasını geyindiyi H.Çalhanoğlu 2021-ci ildən "İnter"də çıxış edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью